azia.az
azia.az

Qəbələ səhiyyəsi ÖZBAŞINA BURAXILIB... - MÜRACİƏT

1-08-2022, 11:52

Qəbələ səhiyyəsi ÖZBAŞINA BURAXILIB... - MÜRACİƏT
Qəbələ rayon sakinləri tərəfindən,
Azerinfo.az xəbər portalına
Müraciət

Müraciətimizlə yazıb bildiririk ki, biz Qəbələdə yaşayan qəbələlilər, Qəbələ rayon Mərkəzi Xəstəxanasının müavini Fikrət Cəfərovun əlindən zara gəlmişik. On illədir ki, Qəbələ rayon camahati onun əlindən təngə gəlib. Bu insan Qəbələ rayonuna gəldikdən sonra, xəstəxanada rüşvətxorluq adi hala cevrilmişdir, yerli həkmlərimiz belə onun əlindən Qəbələ rayon xəstəxanasından üz cevirərək şəxsi klinikalara üz tutmuşdur. Bu dələduzun əmisi oğlu Kənd Təsərrüfatı Nazirliyində işləyir və onu müdafiə edir. Bir necə dəfə sakinlərin baş qaldlrmasına baxmayaraq yerli İcra hakimi Səbuhi Abdullayev tərəfindən polis müdaxiləsi və hədə-qorxularıyla bu cür dələduzlar müdafiə olunmuşdur. Artıq xəstəxanamızda həkim tapmaq münkün deyil. Qəbələ rayonu azsaylı xalqların yaşadıği bir rayondur. Fikrət Cəfərov sanki Qəbələ rayonunda ixtişaşlar yaradıb, xalqı dövlət əleyhinə qaldırmaq istəyir.

Xahiş edirik bizim şikayətlmizi işqlandırasınız!

Hörmətlə Qəbələ rayon sakinləri adndan Tehran Musayev.

31.07.2022-ci il


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi