XI Qəbələ Beynəlxalq Musiqi Festivalımusiqi sevərlərə qapılarını açdı
Artıq 11 ildir ki, ölkəmizin səxavətli və səfalı guşəsi olan Qəbələ şəhəri Azərbaycandan və bütün dünyadan musiqisevərləri bir araya gətirir. Əhali arasında həm ölkəmizin, həm də xarici dövlətlərin klassik musiqi janrlarını tanıdan Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində ilk konsert 2019-cu ilin 31 iyul tarixində Qəbələ Rayon Mədəniyyət Mərkəzində baş tutdu. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə simfonik orkestrin iştirakı ilə keçirilmiş konsert nəcib və zənginəsərlər və ifalar ilə yadda qaldı. Təcrübəli və tanınmış dirijor Cavad Tağızadənin rəhbərliyi ilə gerçəkləşən konsertdə Azərbaycan və dünya bəstəkarlarının məşhurəsərləri səsləndi. Gənc və çox istedadlı solistlər Taleh Yahyayevin (bariton), Nigar Cəfərovanın (soprano), Mahir Tağızadənin (bariton), Rəsul Əliyevin (fleyta), Nəzrin Aslanlının (violin), Safura Aslanovanın (vokal), Məmmədəli Paşazadənin (klarnet) çıxışları zalda əyləşmiş çoxsaylı tamaşaçıları valeh etdi.
Qeyd edək ki, Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və “Gilan Holdinq-”in dəstəyi ilə keçirilən Festivalın təntənəli açılış mərasimi avqustun 1-də axşam saatlarındaQəbələ Rayon Mədəniyyət Mərkəzində keçiriləcək.