“Sumqayıt” – “Qəbələ” matçının vaxtı dəyişdirilib
“Sumqayıt”la “Qəbələ” arasında bu gün keçirilməli olan yoxlama görüşünün vaxtı dəyişdirilib.
Apasport.az saytının məlumatına görə, buna səbəb Nazirlər Kabinetinin yanında Operativ Qərargahın iyunun 6-7-də karantin rejimini sərtləşdirməsi olub.
Ötən iki gündə “Qəbələ” doğma məkanda hazırlığını davam etdirsə də, “Sumqayıt” futbolçuları məşqsiz qalıblar. Bu səbəbdən tərəflər yoxlama görüşünü iyunun 10-da keçirməyi razılaşdırıblar. Qarşılaşma öncədən də nəzərdə tutulduğu kimi, “Kapital Bank Arena”da olacaq. “Qırmızı-qaralar” bu gün Bakıya gələrək, məşqlərini paytaxtda davam etdirəcəklər.
Qeyd edək ki, “Sumqayıt” iyunun 14-də “Keşlə”, “Qəbələ” isə “Neftçi” ilə görüşməyi planlaşdırır. Lakin həmin matçların da vaxtının dəyişdirilməsi gözlənilir.