azia.az
azia.az

Bakıda özəl klinikalarda meymunçiçəyi testlərinə başlanılır

15-07-2022, 15:27

Bakıda özəl klinikalarda meymunçiçəyi testlərinə başlanılır

Azərbaycanda dövlət və özəl xəstəxana həkimlərinə, xüususən ailə həkimlərinə meymunçiçəyinə hazırlaşmaqla bağlı təlimlər keçirilir.

Xəbər verilir ki, artıq bir neçə özəl klinika meymunçiçəyi üçün PZR testlərini götürdüklərini elan edib.

Belə ki, Referans klinik meymunçiçəyi virusunun əlamətləri ilə bağlı maarifləndirici poster hazırlayıb, eləcə də bu laboratoryalarda meymunçiçəyini təyin edən PZR testlərin apardıqlarını bəyan edib.

Meymunçiçəyi xəstəliyi, Poxviridae virus ailəsinə və Orthopoxvirus cinsinə aid olan Monkeypox virusunun yaratdığı xəstəlikdir. Meymun çiçəyi insanlara virusa yoluxmuş heyvandan və insandan keçə bilər. Virusa yoluxma daha çox təmas, hava-damcı yolu ilə, yoluxmuş yataq dəstləri, yoluxmuş əşyalar vasitəsilə mümkündür.

Meymunçiçəyi virusunun ilkin simptomlarını təqdim edirik:

• yüksək hərarət
• şiddətli baş ağrısı
• spesifik səpgilər
• limfa düyünlərində şişkinlik
• əzələ ağrıları
• halsızlıq

Xəstəliyin gizli (inkubasiya) dövrü Dünya Səhiyyə Təşkilatının bildirdiyinə görə, 5 ilə 21 gün arasında dəyişməkdədir. Yüksək hərarətin başlanmasından 1-3 gün (bəzən daha uzun) sonra xəstədə spesifik səpgilər əmələ gəlir, adətən üzdən başlayır və bədənin digər hissələrinə yayılır. Bəzi xəstələrdə səpgilər cinsiyyət orqanlarında, gözlərdə və ağızın selikli qişasında da görünə bilər.
Bakıda özəl klinikalarda meymunçiçəyi testlərinə başlanılır
Səpgilərin oxşarlığına görə xəstəliyi suçiçəyi ilə qarışdırmaq olar. Meymun çiçəyi virusunda, digər çiçək virusu ailəsi nümayəndələrindən fərqli olaraq , limfa düyünlərinin böyüməsi (limfoadenopatiya) müşahidə edilir. Xəstəliyin ağırlığından asılı olaraq səpgilər 2-4 həftə ərzində tamamilə yox olur.

Hazırda suçiçəyi virusu da çox yayılmışdır. Suçiçəyi virusunu meymunçiçəyindən fərqləndirmək PCR analiz ilə mümkündür.

Referans Klinik Laboratoriya Mərkəzi və Poliklinikə yaxınlaşaraq meymunçiçəyi PCR testini verə bilərsiniz.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi