azia.az
azia.az

Bu yay koronavirusa yoluxma yüksələ bilər

13-07-2022, 10:29

Bu yay koronavirusa yoluxma yüksələ bilər
Avropa və Rusiyada bu yay kovid infeksiyasına yoluxmada artım gözlənilir.

Bu barədə ÜST Rusiya nümayəndəsi Melita Vuynoviç bildirib.
"Dünya hələ də pandemiya şəraitindədir, heç bir ölkə virusdan qorunmayıb, heç bir yerdə tam təhlükəsizlik yoxdur. Virus ölkələr arası dövr edir. Bəzi ölkələrdə xəstəxanalar yenidən dolur. Ola bilər ki, payızda qriplə birgə yayılacaq. Yeni yoluxmaların ağırlıq dərəcəsini də indidən demək olmur. Karantin tədbirlərinin ləğvi xüsusilə virusa imkanlar açır".
Qeyd edək ki, Rusiya iyulun 1-dən bütün qalan məhdudlaşdırıcı tədbirləri ləğv edib. Ölkədə heç bir yerdə maska tələbi yoxdur.
Gündəlik yoluxma 700-1000 nəfər arasıdır.


Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi