azia.az
azia.az

Şokolad yeyərkən bunları nəzərə alın

8-07-2022, 18:21

Şokolad yeyərkən bunları nəzərə alın
Şokolad qida dəyəri baxımından çox zəngindir, onu böyük və kiçik əksəriyyət sevir.

Azia.az Türkiyə mediasına istinadən xəbər verir ki, dietoloq Özden Örkcü şokoladın faydalarını və bayramdan əvvəl yeyilməsində nəzərə alınması lazım olan bəzi məqamları sadalayıb.


O bildirib ki, şokolad kakao ağacında yetişdirilən kakao qabığının toxumlarından əldə edilir. "Theobroma kakaosu, min illərdir yetişdirilən Mərkəzi Amerikanın tropik yağış meşələrinə xas bir ağacdır" deyib. Dietoloq həmçinin əlavə edib ki "Düzünü desəm, şokolad demək olar ki, hamımızın zəif tərəflərindən biridir. Şokoladdan imtina etmək demək olar ki, mümkün deyil. Qışda isti şokolad və ya yayda yeyilən şokoladlı dondurma və tortlar həyatımızın hər yerində bizi xoşbəxt etməyi bacarır. Belə olduqda, bu xoşbəxtlik mənbəyinin bizə toxunan kalorili hissəsini də düşünmək lazımdır. Orta hesabla 1 ədəd şokolad (5 q) 25-30 kalori arasında dəyişə bilir”

Şokoladın tərkibindəki "feniletilamin"in insanda özünə güvən hissi verdiyini və özünü yaxşı hiss etdirdiyini qeyd edən dietoloq Özden Örkcü, "flavanol" maddəsinin beyni daha çox oksigenlə təmin etdiyini və yaddaş problemlərini azaltdığını da bildirib.

Şokolad yorğunluğu aradan qaldırır və insana enerji verir. Bundan əlavə, kakao yağının dəri qidalandırıcı və qoruyucu xüsusiyyətləri də hər kəsə məlumdur. Şokolada demək olar ki, heç kimin yox deməyəcəyini qeyd edən Dietoloq Özden Örkcü şokoladın beynimizdəki həzz duyğusunu və beləliklə də serotonin hormonunu aktivləşdirdiyini də qeyd edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi