Şərəfli peşənin layiqli davamçıları
Məşhur cərrah M.Topçubaşov demişdir: “Hər birimiz bir şam işığı qədər işıq verə bilsək, planetimizin Günəşə ehtiyacı qalmaz”.
Sevda xanım Nəsrullayevanın hələ uşaqlıq çağlarından ən ümdə arzusu böyüyəndə həkim olub insanların sağlamlığı keşiyində durmaq idi. Hələ orta məktəbdə oxuyarkən rəfiqələri arasında söhbət düşəndə Sevda xanım həkim olmaq arzusunu heç kimdən gizlətmirdi.
Elə bu arzusunun qanadında da Sevda xanım Bakı şəhərindəki Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə sənədlərini təqdim edir və tələbə adına layiq görülür.
Hələ ali məktəbdə oxuyarkən öz fəallığı, savadı ilə bir çoxlarına nümunə olan Sevda xanım institutda təşkil olunan tədbirlərdə də yaxından iştirak edərmiş. Aylar illəri əvəz etdikcə Sevda xanım da həkim kimi həyata vəsiqə alır və insanların sağlamlığı keşiyində dayanmağı özünə şərəf bilir.
1967-ci ildə bu ali təhsil ocağını bitirir. 1972-ci ilə qədər Həkimləri Təkmilləşdirmə İnstitutunda ordinator aspirant olub. 1972-ci ildə müdafiə edib, 1977-ci ilə qədər Tibb İnstitutunda ossent-dossent kimi terapiya kafedrasında işləyib.
1977-ci ildən indiyə qədər Azərbaycan Elmi –Tədqiqat Tibbi Bərpa İnstitutunun böyük elmi işçisi kimi çalışır. Həm də 1983-1993-cü ilə qədər həmin institutda direktor vəzifəsini icra edib, Ö 1993-dən 1921-ci ilə qədər direktorun elmi işlər üzrə müavini işləmişdir.
Sevib-seçdiyi peşəsinə ürəkdən bağlanan Sevda həkim az bir zaman kəsiyində insanların və işlədiyi kollektivin dərin rəğbətini qazanıb. Ona müraciət edən hər bir xəstəni diqqətlə dinlədikdən sonra müayinələr edərək müalicəyə başlayır. Hər bir xəstənin şəfa tapmasına Sevda həkim ürəkdən sevinir.
Bu gün Sevda həkimin şərəfli və məsuliyyətli peşə yolunu davam etdirən qızı Sevinc Sudeyf qızı İmamverdiyeva da bu sahədə çalışır.
Sevda həkimin həyat yoldaşı Sudeyf İmamverdiyev də tibb sahəsində tanınmış mütəxəssisslərdəndir. Tibb İnstitutunda urorlogiya kafedrasının müdiri, cərrahiyyə korpusunda da çalışır.
Oğlu Cavid İmamverdiyev Milli Musiqi Akademik teatırında baş rejissor kimi çalışır.
Elmi -Tədqiqat İnstitutunun direktoru Pərvin Əkbərov bu müalicə ocağının insanlara daha yüksək səviyyədə xidmət etməsi üçün yeni-yeni strateji proyektlər üzrə işlər planlaşıdır.
Biz də öz növbəmizdə bu şərəfli peşənin layiqli davamçılarına nailiyyətlər diləyərək deyirik, hörmətli tibb işçiləri qarşıdan sizin peşə bayramınız gəlir bu əlamətdar gün münasibətilə başda Sevda xanım olmaqla bütün tibb işçilərini təbrik edirp, onlara işlərində uğurlar arzulayırıq.
Ceyhun Vaqifoğlu