Azərbaycanda 3-4 həkim var ki, milləti xəstəlik, pandemiya ilə qorxutmaqla məşğuldur - Ekspertdən İTTİHAM
Azərbaycanda 3-4 həkim var ki, adlarını hamı əzbər bilir, üzlərini hamı yaxşı tanıyır, onlar startda gözləyir. Mən bu üçlüyə saxta pandemiya təbliğatçıları deyirəm.
Bu kolleqa demək belə istəmədiyim “həkimciyəzlər” öz millətinə qənim kəsilib, mətbuata, efirlərə hər gün çıxıb panika salmaqla məşğuldur. 3 il millətin başını yalanla, qorxu, ölüm xofu ilə doldurdular. Beyinləri yudular.
Bakupost.az xəbər verir ki, bu sözləri psixiatr həkim, tibbi ekspert Abdulla Şıxlınski açıqlamasında saytımıza deyib.
“Azərbaycanda saxta pandemiyanın müəllifləri qlobal qüvvələrin maliyyələşdirdiyi müxtəlif insanlar var. Onların arasında bir neçə həkim də var. Onlar pandemiyanın təbliğatına görə xaricdən maliyyələşir. Onların banklarda hesabları, kartları var.
Necə ki, koronavirus pandemiyasında öz rollarını apardılar, indi də eyni təlimatla çıxış edəcəklər. Günü sabah pandemiya elan olunan kimi, bu 3-4 həkim çıxıb karantin, vaksin təbliğ edəcək. İnsanları qorxudacaq ki, bu virus təbiidir, həmişə olub, təhlükəlidir, adamı öldürür, dərmanı yoxdur. Hətta biri o gün artıq ÜST-ü də qabaqlayıb, meymun çiçəyinə görə yayda karantin ola bilər açıqlamasını verdi. Hardan alırlar bu informasiyanı?
Çıxıb deyirlər ki, pandemiya hələ qurtarmayıb. Bəli, bu bir mesajdır ki, yeni pandemiya gəlir. Ümumiyyətlə, onların vəzifəsi insanları pandemiyaya inandırmaqdır.
Bu təhlükəli üçlüyün adını hamı əzbər bilir, simalarını yaxşı tanıyır. Bunlar mənim müsahibələrimi, çıxışlarımı izləyir, Rəy yazıb məni təhqir edir, psixi xəstə deyirlər.
Cərrah, pediatr, uroloq, radioloq, ginekoloq çıxıb virusdan pandemiyadan dabışır. Amma 6 il onlarla eyni universiteti oxuyub, 20 il həkim işləyən psixiatr pandemiyadan danışa bilməz. Görün bunlar nə qədər kütbeyindir.
Bu adamlarla heç bir şəxsi qərəzliyim yoxdur. Əksinə onlar mənimlə qərəzli davranır.
Mənə dəli, psix deyən həmkarlarım o qədər kütbeyindir ki, dünyada baş verən prosesləri görmür, dünya alimlərinin çıxışlarını izləmir.
Bu 2 ildə müsahibələrimdə verdiyim proqnozlar özünü doğruldur, onlar isə tutuquşu kimi eyni şeyləri təkrarlamaqdan bezmir. İnsanlar artıq ağızlarını açmamış bilir ki, bu həkimlər indi nə deyəcək, daha doğrusu sərsəmləyəcək. İnsanları yalan, saxta məlumatlarla bezdiriblər.
Mən o həkimlərə sual verirəm. Nə oldu, hanı sizin kovid pandemiyanız. Hara yoxa çıxdı o güclü virus? Tibb tarixində təbiətdə bir pandemiya bitməmiş ikinci pandemiya nə vaxt görmüsüz? Üst-üstə 2 təbii pandemiyanı dünyada eyni vaxtda hansı alimdən eşitmisiz, hansı tarixdə görmüsüz? Sizin bunda marağınız nədir? Bu adamlar yalançı pandemiyanın simvollarıdır. Heç olmasa meymun çiçəyində susun!”
Aygün M