İnstitut direktoru ilə bağlı ağlasığmaz İDDİA: - İşdən azad olunanda bütün elektron məlumat bazasını silib?
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda çalışanların maaşları verilmir. DİA.AZ xəbər verir ki, bu barədə Oxu.Az-ın redaksiyasına institutda çalışanlar tərəfindən müraciət daxil olub.
İddia edilir ki, artıq 15 gündür ki, əməkdaşların maaşları verilmir.
Buna səbəb kimi isə institutun sabiq direktoru Həqiqət Qədirovanın işdən azad olunduğu gün Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun elektron məlumat bazasını qəsdən silməsi olub.
Məsələ ilə bağlı Tibbi Əraziləri İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanladıq. TƏBİB-dən sorğusuna cavab olaraq bildirilib ki, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda aparılan struktur dəyişikliyi ilə əlaqədar elektron imzanın alınması və təsdiqlənməsi prosesi ilə bağlı əməkhaqlarının ödənilməsində texniki gecikmə yaranıb. Əməkdaşların əməkhaqlarının bu gün ödənilməsi nəzərdə tutulub.
Mənbə:My Webpage