“İstanbul Hospital”ın həkiminə qarşı 10 min manatlıq dələduzluq edilib
“İstanbul Hospital”ın həkiminə qarşı 10 min manatlıq dələduzluq edilib. Hadisə paytaxtın Binəqədi rayon ərazisində qeydə alınıb.
Belə ki, vətəndaş İlham Qəribov hospitalın həkimi Əziz Quliyevə 10 min manata Kompüter Tomoqrafiya (KT) aparatını satacağını söz verib.
Lakin o, verdiyi vədə əməl etməyib.
Daha sonra Ə.Quliyev onun etibarından istifadə edən İ.Qəribovdan dəymiş maddi ziyanın bir qisimini almağa müvəffəq olub. İ.Qəribov məbləğin digər qismini - 2 300 manatını qaytarmadığı üçün o, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edib.
İ.Qəribov saxlanılıb və Ə.Quliyevə dəymiş maddi ziyan tam ödətdirilib.
Mənbə:My Webpage