"Bu da 10 manata satılmış səhiyyəmiz..." - GİLEY
"Bərdə Rayon Mərkəzi Xəstəxanasının Doğum Evindən yeni doğulmuş körpəmizi çıxara bilmirik".
Bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.
Belə ki, vətəndaş sözügedən tibb müəssisəsində körpə baxıcısı olan Gülmirə adlı həkimin onlardan pul aldığını iddia edir:
"Bərdə Rayon Mərkəzi Xəstəxanasının Doğum Evindən uşaq çıxarmalıyıq. Körpəyə baxan Gülmirə həkim 10 manat üçün qapıya gəldi və dedi ki, pul vermədiyimiz üçün nə uşaq xəstəxanadan buraxılacaq, nə də iynəsi vurulacaq. Baş həkimə deyirik, o da deyir ki, bu gün təyin olunub. Bu da 10 manata satılmış səhiyyəmiz".
Bərdə Rayon Mərkəzi Xəstəxanasının Doğum Evindən səslənən iddialarla bağlı bildirilib ki, deyilənlər tamamilə əsassızdır:
"Qeyd olunan məsələ ilə bağlı bildiririk ki, Fərmanova Əminə Mübariz qızı 11 aprel saat 20:00-da Bərdə Doğum Mərkəzində təbii yolla ana olub. 13 aprel tarixində 3-cü sutkası tamam olmadığı və buna görə peyvəndləri vurulmadığı üçün onun xəstəxanadan çıxışına icazə verilməyib. Buna baxmayaraq, xəstə qohumları peyvənddən imtina yazaraq ana və yeni doğulmuş körpəni xəstəxanadan kafi vəziyyətdə çıxarıblar".
Mənbə:My Webpage