"Məcburi qaydada pulumuzdan tutulur, özümüzsə əziyyət çəkirik" - GİLEY
"Əlimizdə ürək inistituna göndəriş olsa da, bizi təcili yardımla aparmaqdan imtina edirlər". Bu barədə Bakı sakini Nağı Allahverdi sosial şəbəkədəki şikayətində bildirir.
Daha sonra narazı vətəndaş yazır: "Daha doğrusu, təcili yardım yox, mərkəzləşdirilmiş 103 xidməti... Dövlətimizə vergi ödəyirik, sığortadan faydalanmasaq da, məcburi qaydada pulumuzdan tutulur, özümüzsə əziyyət çəkirik.
103 xidmətinin dediyinə görə, gərək ürək inistituna gedib ordan həkim tapıb bron edək, sonra xəstəni aparaq. Bu nə oyundur anlamıram. Anladığım odur ki zibilə düşmüşük.
Prezident Administrasiyasında yaradılmış "1111" və "1542" nömrələri ilə əlaqə saxlasaq da, hələ ki səs-səmir yoxdur. Pulumuzu da alırlar, canımızı da... Vampir kimi qanımızı da sovururlar..."
İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Mənbə:My Webpage