azia.az
azia.az

Yuxumuz adilikdən çıxıb ağrıya dönərsə... - Həkim yazır

7-04-2022, 08:46


REM yuxu davranış pozğunluğu yuxunun sürətli göz hərəkətləri mərhələsində qeyri-adi hərəkətləri və ya davranışları ehtiva edir.

REM yuxu davranış pozulması parasomniyaların yuxunu pozan qəribə və təhlükəli hərəkətlərin baş verdiyi növüdür. Hər yaşda baş verə bilər, lakin daha çox 50 yaşdan yuxarı kişilərdə rast gəlinir.

REM yuxusu normal halda yuxuya getdikdən 90 dəqiqə sonra başlayır. Röyalar demək olar ki, REM yuxu fazasında baş verir.
Yuxumuz adilikdən çıxıb ağrıya dönərsə... - Həkim yazır
Yuxunun REM fazasında bədəndəki əzələlər adətən müvəqqəti iflic vəziyyətinə düşür. REM yuxu davranış pozulması olanlarda belə iflic vəziyyəti ya qismən , ya da tamamilə yoxdur. Buna görə də insan bəzən dramatik və ya şiddətli şəkildə röyalarını yaşayır.

Müvəqqəti əzələ iflicinin olmaması REM yuxu davranış pozulması olanların həyəcanlanmasına, əzalarını aktiv şəkildə hərəkət etdirməsinə, çarpayıdan yıxılmasına səbəb olur. Bəzi hallarda belə insanlar özlərinə və ya yataq yoldaşlarına xəsarət yetirə bilərlər. Şəxs təcavüzkar və ya qorxulu bir yuxu görürsə şiddətli hərəkət riski daha yüksəkdir.

Əgər insan yuxudan oyanarsa yuxusunu xatırlaya bilər. Lakin yuxu müddətində etdiklərindən xəbəri olmur.

Hər REM fazası təxminən gecə müddətində 4 dəfə təkrar olduğundan yuxuda yaranan bu vəziyyət gecə ərzində 4 dəfə təkrarlana bilər. Həmçinin həftədə bir dəfə və ya ayda bir dəfə də baş verə bilər.

Epizodlar daha çox REM yuxunun daha uzun müddətli olduğu səhər saatlarında baş verir.

Simptomları

REM yuxu davranış pozulması olan bir şəxs yuxuda olarkən aşağıdakı davranışları göstərə bilər:

• danışır
• qışqırır
• çırpınır
• yumriq və təpik vurur
• yuxudan oyanarkən yuxusunu aydın xatırlayır
• yuxuda gəzir
Onların yataq yoldaşları belə vəziyyətdən daha çox şikayətçi olurlar.

REM yuxu davranış pozulması olan insanların təxminən 38 faizi Parkinson xəstəliyi, Levi cisimcikli demans və Multisistem atrofiya kimi nevroloji xəstəliklər inkişaf edə bilər. Bəzən REM yuxu davranış pozulması yuxarıda sadalanan nevroloji xəsrəliklərin simptomlarından 50 il əvvəl baş verə bilər.



Bunu yaşayan insanlar sonra daha ciddi koqnitiv, emosional və nevroloji problemlər yaşaya bilərlər.

• diqqətsizlik
• apatiya
• koqnitiv pozulmalar
• narahatlıq
• icraedici fəaliyyətlə bağlı problemlər
Səbəblər

Dəqiq səbəbi məlum deyil. Bəzən isə bəzi dərmanların əlavə təsiri kimi və ya dərmanları kəsdikdə üzə çıxa bilər. Alkoqol qəbulunu qəflətən dayandırdıqda ciddi alkoqol asılılığı olan insanlar REM yuxu pozulması ilə qarşılaşa bilər.

Tədqiqatlar göstərir ki, antidepressant dərmanlar 6 faiz insanlarda REM yuxu pozulmasını stimullaşdıra bilər. Həmçinin yaxınlarda travma keçirmiş insanlarda travma sonrası stress pozulluğu da səbəb ola bilər.

Diaqnoz

Dəqiq diaqnoz üçün xüsusi yuxu mərkəzində müayinə aparılmalıdır. Bu səbəbdən də pasient gecə boyunca yuxu laboratoriyasında yatırılaraq Polisomnoqrafiya adlanan müayinə tətbiq edilir.



Müalicə

REM yuxu davranış pozulmasının müalicəsi adətən uğurlu olur. Bu zaman dərman müalicəsindən və yuxu rejiminin qaydaya salınmasında ibarət olur.

Aşağıdakı strategiyalar xəstənin və onun yataq yoldaşının təhlükəsizliyini təmin etməyə kömək göstərə bilər:

• Yerdə döşəkdə yatmaq və ya çarpayının ətrafına yastıqlar qoymaq və ya çarpayını divara söykəmək
• əgər pasient gecə yuxuda gəzirsə mümkünsə birinci mərtəbədə yatmalı
• yatağı pəncərədən uzaq qoymalı
• yataq mebel və iti əşyalarda uzaq tutulmalı
• otaqdan potensial təhlükəli əşyaları çıxartmalı
• simptomlar nəzarətə alınanadək yataq yoldaşı ayrı otaqda və ya ayrı yataqda yatmalı

REM yuxu davranış pozulması olan şəxs mütamadi olaraq parkinson xəstəliyi üçün nəzarətdə saxlanmalıdır.

Nevroloq Sevinc Mir Seyid


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi