Yoluxanların sayı kəskin azaldı - Bu günün statistikası
Azərbaycanda koronavirusa 16 yeni yoluxma qeydə alınıb, 47 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Azia.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Məlumata görə, koronavirus analizi nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
Ətraflı
İndiyədək ölkədə ümumilikdə 791 766 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 781 788 nəfər müalicə olunaraq sağalıb, 9 684 nəfər vəfat edib. aktiv xəstə sayı 294 nəfərdir.
Son gün ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 285, bu günə qədər isə ümumilikdə 6 687 581 test icra olunub.