azia.az
azia.az

Bu sadə qidalar mədəaltı vəzi dağıdır - SİYAHI

14-03-2022, 19:23

Bu sadə qidalar mədəaltı vəzi dağıdır - SİYAHI
Mədəaltı vəzin xərçəngi ən amansız və aqressiv xəstəlikdir. Onu erkən mərhələdə aşkarlamaq çox çətindir. Mədəaltı vəz qidalara çox həssasdır.

Gündəlik qəbul etdiyimiz sadə qidalar mədəaltı vəzin toxuma səviyyəsində dağıımasına gətirib çıxara bilər. Bunu onkoloq Valeriy Egiyev açıqlayıb.

“Bu qidalar içərisində xüsusilə şəkər, şirniyyat və qazlı içkilər yer tutur.
Adi qazlı içki mədəaltı vəz üçün alkoqol qədər güclüdür. Şəkərlə birlikdə o araqdan da dağıdıcı təsirə malikdir. Hər gün qazlı, şirəli içki içənlərdə mədəaltı vəz sıradan çıxır”.

Onkoloq hər bir insana öz orqanizminə qulaq asmağa, diqqət yetirməyə tövsiyə edib.

Mədəaltı vəzin xəstəlik əlamətləri şəkərli diabet və öd kisəsi xəstəlikləri ilə çox oxşardır və bəzən səhv salınır.

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi