Koronavirusdan sağalanların 80 faizində bu xəstəlik yaranıb – ARAŞDIRMA
Rusiyada aparılan araşdırmalar nəticəsində COVID-19-dan sağalanların beynində anomaliyalar aşkar edilib.
Azia.az "Danışır Moskva” radiosuna istinadən xəbər verir ki, əldə edilən məlumatlar araşdırma aparılan 80 faiz koronavirusdan sağalan xəstədə nevroloji pozğunluqlar hipotezini dəstəkləyib. Tədqiqatçılar onları elektroensefaloqrafiya əsasında yüksək dəqiqliklə aşkar etməyin mümkün olduğunu deyib.
Qeyd edilib ki, gələcəkdə neyron interfeysdən koronavirusdan sağaldıqdan sonra beynin vəziyyətini qiymətləndirmək və diaqnoz qoymaq üçün istifadə oluna bilər.