Bu QAN QRUPU olanlar daha çox yaşayır
İnsanın qan qrupu onun ömrünün uzunluğuna ciddi təsir edir. Elmi araşdırmalar göstərir ki, 1-ci qan qrupu olanlar arasında uzunömürlülər digər qruplarla müqayisədə daha çoxdur.
1-ci qan qrupu olanlarda müəyyən anticisimlər, eritrosit və antigenlər toplusu onların daha çox yaşamaq şansını artırır. Onlar çox yaşayır və ahıl yaşlara qədər sağlamlığını itirmir, ciddi xəstəliklərə tutulmur. Həmçinin onların beyini aktivliyini saxlayır. Saglamolun.az bildirir ki, bu məlumatlar MSN portlında dərc olunub.
2-ci qan qrupu olanlar soyuqdəymə xəstəlikləri, şəkərli diabet və streslərə meyllidir. Bildiyimiz kimi, şəkərli diabet və streslər insanın həyatını qısaldan faktorlardır.
3-cü qan qrupu olanlarda onkoloji xəstəliklərin riski digər qruplarla müqayisədə daha yüksəkdir.
4-cü qan qrupu olan insanlarda ürək qüsurlarına daha tez-tez rast gəlinir ki, bu amil də onların həyatını qısalda bilər.