azia.az
azia.az

Azərbaycanda bu vaksinin istifadəsi dayandırıldı

23-02-2022, 14:36

Azərbaycanda bu vaksinin istifadəsi dayandırıldı
Azərbaycanda indiyə qədər yeni növ koronavirus (COVID-19) əleyhinə istifadə edilən vaksinlərin bir qismi müəyyən yararsızlıq səbəblərindən məhv edilib. Ölkədə məhv edilən vaksin dozalarının sayı 507 339-dur.

AZƏRTAC xəbər verir ki, bu barədə "Fəaliyyət üçün məlumat: Effektiv strategiyaların işlənib hazırlanması yolu ilə COVID-19 vaksinlərinin geniş tətbiqinə nail olmaq” adlı konfransda Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin İmmunoprofilaktika şöbəsinin əməkdaşı Əlcəfər Cəfərov məlumat verib.

Respublikada məhv edilən vaksin dozalarının ümumi vaksinlərin 4.1 faizini təşkil edir.

Məhv edilən vaksinlərin 273 848 dozası "AstraZeneca”, 50 592 dozası "Pfizer”, 182 898 dozası "Sputnik V” vaksinləridir.

Məlumata əsasən, ölkədə "AstraZeneca” vaksininin istifadəsi dayandırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi