azia.az
azia.az

Görməni itiləşdirən RESEPTLƏR - 10 QƏPİYƏ başa gəlir

19-02-2022, 09:22


Oftalmoloqlar görmə qabiliyyətini yaxşılaşdırmaq və görmə itiliyini artırmaq üçün müalicəvi gimnastika vasitələri məsləhət görüblər.
Görməni itiləşdirən RESEPTLƏR - 10 QƏPİYƏ başa gəlir
Xəbər verilir ki, bunun üçün təzə yığılmış keşniş xırda doğranır və gündə 1-2 dəfə 10-20 dəqiqə gözlərin üzərinə qoyulub saxlanır.

Əgər bunu etməyə imkan yoxdursa, onda 2 xörək qaşığı itburnu meyvələri üzərinə 1 stəkan qaynar su əlavə edilərək 3-5 dəqiqə saxlanır, soyudulub süzüldükdən sonra səhər və axşam 1/2 stəkan içilir.

Və yaxud 2 çay qaşığı qaragilə yarpaqları üzərinə 1 stəkan qaynar su əlavə edilərək 1 saat dəmlənir, süzüldükdən sonra gündə iki dəfə 1/2 stəkan içilir.


Buxara verilmiş at turşəngi, rəndələnmiş alma və qabığı soyulmuş xiyarın 1:1:1 nisbətlərində qarışdıraraq gözlərin üzərinə qoyulması da görmə qabiliyyətini yaxşılaşdırır.

Yetişmə mərhələsində olan yerkökünün yaşıl hissəsi təzə halda yeyildikdə və ya salatlara qatıldıqda gözün görmə qabiliyyətini yaxşılaşdırır. Həmin yaşıl hissələri qurudaraq ədviyyat kimi də istifadə etmək olar.

Yaxındangörmə zamanı qurudulub üyüdülmüş yemişan meyvələri 1:1 nisbətində balla qarışdırılaraq gündə 3 xörək qaşığı qəbul edilir.

Qaragilə, quşüzümü, soğan, sarımsaq, badam, qara gilas, cəfəri, xiyar, şüyüd, kök, çuğundur və kərəviz kimi meyvə və tərəvəzlər görmə qabiliyyətini yaxşılaşdırır.My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi