azia.az
azia.az

Bu əlamətləriniz varsa, deməli, “Omikron”a yoluxmusunuz - RƏSMİ AÇIQLAMA

9-02-2022, 16:47

Bu əlamətləriniz varsa, deməli, “Omikron”a yoluxmusunuz - RƏSMİ AÇIQLAMA
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov "Omikron” ştamının əlamətlərindən danışıb.

AZXEBER.COM-un məlumatına görə, o, "Omikron”un koronavirusun mutasiyalarından biri olduğunu və dünya ölkələrində də həmin ştamın müəyyən növləri olduğunu bildirib.

Onun sözlərinə görə, "Omikron”da xəstəliyin gizli dövrü çox qısadır: "3-4 gün, nadir hallarda 5 gün çəkə bilər: "Buna görə də karantin müddəti 7 günə qısaldıldı. Yoluxuculuq günlərinin sayı da azdır. Hətta bəzi ölkələrdə karantin müddəti 5 günə qədər azaldılıb. Əlamətlərdə də fərqlilik var. Yuxarı tənəffüs yollarının zədələnməsi mövsümi xəstəliklərin simptomları ilə oxşarlıq təşkil edir”.

Nazirlik rəsmisi bildirib ki, digər infeksiyalarda 38-39 dərəcə qızdırmalarda insanlar halsız olmurdusa, indi 37 dərəcə qızdırmada yorğunluq olur: "Əvvəlki ştamlardakı iy, dad bilmə yeni ştamda az müşahidə olunur. Mədə-bağırsaq sisteminin pozulması daha çox qeydə alınır. Bəzi xəstələrdə ilkin əlamətlər bu cür ola bilər”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi