azia.az
azia.az

Fevralın 15-nə qədər üçüncü vaksini vurdurmayanlar... - RƏSMİ

4-02-2022, 12:27

Fevralın 15-nə qədər üçüncü vaksini vurdurmayanlar... - RƏSMİ
Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) bilet satışı bu günə qədər Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalara əsasən həyata keçirilir.

Azia.az xəbər verir ki, bunu Trend-in sorğusuna cavab olaraq BBAK-dan bildiriblər.

"COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatı və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olan şəxslər bilet ala bilərlər. Yəni 3-cü dozasının vaxtı çatmayan, 2-ci peyvəndin olunma tarixindən 6 ay keçməyən hər bir vətəndaş bilet ala bilər", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, fevralın 15-dən COVID sertifikatlarının etibarlılıq müddəti COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı təsdiqləyən sertifikat üzrə 6 ay, həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını aldıqda müddətsiz olacaq. Etibarlılıq müddəti COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikat üzrə 6 ay, həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını aldıqda müddətsiz olacaq. Beləliklə, bununla əlaqədar restoran, mehmanxana və iri ticarət mərkəzlərində qapalı məkanda da yeni tələb qüvvədə olacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi