Bir il əvvəl onlarla başladı...
![]()
Azərbaycanda vaksinasiya prosesinin başlanmasından bir il ötür.
Məlumata görə, 2021-ci ilin 18 yanvarında ölkədə COVID-19-a qarşı peyvəndlənmə tədbirinə start verilib.
Bakı Sağlamlıq Mərkəzində keçirilən vaksinasiya prosesində ilk olaraq o dönəm səhiyyə naziri olan Oqtay Şirəliyev iştirak edib.![]()
Həmin gün sonradan TƏBİB-in İdarə heyəti sədri vəzifəsindən istefa verən Ramin Bayramlı da peyvənd vurdurub.
Eyni gündə məmurlar sırasına İcbari Tibbi Sığorta Agentliyinin sədri Zaur Əliyev, TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva və Səhiyyə Nazirliyinin bir sıra rəsmiləri də qoşulub.![]()
Qeyd edək ki, bir il ərzində vurulan vaksinlərin ümumi sayı 11 672 089, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 200 330, ikinci mərhələ üzrə 4 714 478 nəfər təşkil edir. Ümumilikdə isə 1 757 281 “buster” doza vurulub.