Valideynlərin NƏZƏRİNƏ: Uşaqlar arasında yayılan virusun adı AÇIQLANDI
“Son günlər uşaqlar arasında yayılan xəstəlik “influenza” virusudur”.
Azia.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Əkbər Quliyev məlumat verib.
O bildirib ki, dekabrın əvvəlindən daha çox müşahidə olunmağa başlanılıb və artmağa davam edir:
“Kiçik körpələrə və 0-5 yaş qrupu uşaqlara daha çox təsir edir. Çox ağır bronxitə səbəb olur. Hazırda uşaqlar arasında COVID-19-dan daha çox qarşılaşdığımız virus qrupu budur. Uşaqlar xəstələndiyi halda vaxtında həkimə müraciət etmək lazımdır. Hətta xəstəliyin ilkin simptomlarında mütləq həkimlə məsləhət edilməlidir”.
Həkim “İnfluenza” virusunun müalicəsi zamanı nələrə diqqət etmək olduğu barədə də danışıb:
“Virus xəstəliklərinin müalicəsi əsasən simptomatik təyin edilir. Hərarət salıcı dərmanlar, bol maye qəbulu tövsiyə olunur. Ancaq risk qrupundakı uşaqlar və risk qrupunda olmayıb, amma xəstəliyin daha ağır seyrinin görüldüyü xəstələrdə qrip virusuna təsir edən dərmanların istifadəsi lazımdır. Unutmamalıyıq ki, antibiotik hərarət salıcı deyil. Antibiotik bakterial infeksiya varsa və təyinata göstəriş varsa, qəbul olunmalıdır. Bu cür vəziyyətlərdə mütləq həkimə müraciət edilməlidir və müalicə yalnız mütəxəssis tövsiyəsi ilə aparılmalıdır”.