azia.az
azia.az

"Omikron" təhlükəsi Azərbaycanın bir addımlığında - XƏBƏRDARLIQ EDİLDİ

20-12-2021, 11:29

"Omikron" təhlükəsi Azərbaycanın bir addımlığında - XƏBƏRDARLIQ EDİLDİ
Koronavirusun daha təhlükəli hesab olunan və digər ştamlar ilə müqayisədə sürətli yayılan növü - omikron artıq qonşu dövlətlərdə də qeydə alınır. Təəsüf ki virusun bu növünün ölkəmizdə yayılması an məsələsidir. Diqqətli olmalı, ehtiyatı əldən verməməli, bütün təhlükələri diqqətdə saxlayıb özümüzü və yaxınlarımızı bu bəladan uzaq tutmalıyıq.

BAKU.WS xəbər verir ki, insanlar arasında daha tez və digər ştamlar ilə müqayidəsə sürətlə yayılır. Təhülkəsi də çoxdur. Çünki temperatur uzun müddət enmir. Omikron ştamına yoluxmada ölüm halı da yüksəkdir.

Həkim-infeksionist Namiq Nəbiyev "Xəzər Xəbər"ə deyib ki, omikron ştamı artıq əksər ölkələri cənginə alıb. Ölkəmizdə isə vəziyyət ürəkaçandır, yeni ştama hələ ki, rast gəlinməyib. Həkimin sözlərinə görə, bunun başlıca səbəbi peyvəndləmənin vaxtında və mütəmadi aparılmasıdır. Digər profilaktik tədbirləri də diqqətdə saxlamaqla, ölkəmizi bu günə kimi yeni ştamın gətirəcəyi bəlalardan qoruya bilmişik. Lakin, son günlər qonşu ölkələrdə baş verənlər onu deməyə əsas verir ki, daha diqqətli olmalı, riskin çox yaxın olduğunu unutmamalıyıq.

Həkim-infeksionist Namiq Nəbiyev deyir ki, delta ilə müqayisədə omikron ştamı daha təhlükəlidir. Məhz bu fikri əsas tutaraq, bütün qaydalara maksumum əməl etmək mütləqdir.

Qeyd edək ki, bu gün İranın paytaxtı Tehranda "omikron" ştamına ilk yoluxma halı qeydə alınıb. Qonşu Rusiyada 25 , Türkiyədə 6 yoluxma faktı qeydə alınıb.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi