azia.az
azia.az

Son sutkada koronaya yoluxanların sayı açıqlandı - FOTO

14-12-2021, 16:45

Son sutkada koronaya yoluxanların sayı açıqlandı - FOTO
Azərbaycanda bu gün koronavirus infeksiyasına 922 yeni yoluxma faktı qeydə alınıb, 1621 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Ucnoqta.az-a verilən məlumata görə, son sutkadan 19 nəfər COVID-19-dan dünyasını dəyişib.

İndiyədək ölkədə ümumilikdə 605 920 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 578 756 nəfər müalicə olunaraq sağalıb, 8 123 nəfər vəfat edib, aktiv xəstə sayı 19041 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 085, ötən müddət ərzində isə ümumilikdə 5 694 341 test aparılıb.

Son sutkada koronaya yoluxanların sayı açıqlandı - FOTO


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi