PROFESSORdan ŞAD xəbər-Virus mutasiyaya uğrayıb,daha az öldürür, peyvəndə ehtiyac qalmayacaq
Dünya koronavirusla mübarizə apardığı, 9 milyonun yoluxduğu və 500 minə yaxın insanın öldüyü bir zamanda İtaliyadan sevindirici xəbər gəlib.
COVID-19-dan ən çox təsirlənən ölkələrdən olan İtaliyada məşhur professor Mateo Basseti mutasiya səbəbi ilə virusun əvvəlki qədər ölümcül olmadığını bildirib və belə davam edəcəyi təqdirə peyvəndə ehityac qalmayacağını deyib.
Onun sözlərinə görə, virus ortaya çıxdığı kimi qəfildən də yox ola bilər.
Professorun fikrincə, virus artıq mutasiyaya uğrayaraq öz təsirini getdikcə itirir və öldürmək qabiliyyəti zəifləyir: “Belə davam edərsə, peyvəndə ehtiyac qalmayacaq. Virus öz-özünə yox olacaq. İtaliyada xəstələr bir neçə ay əvvəlkinə nisbətən daha yaxşı vəziyyətdədirlər. Bunun bir çox səbəbi var. Ən başlıca səbəb mutasiyadır. İkinci səbəb isə sosial məsafənin qorunmasıdır”.
"The Sunday Telegraph" qəzetinə müsahibəsində professor "80-90 yaşlarındakı xəstələr də yataqlarında özləri hərəkət edə bilir, rahat nəfəs alırlar. Bir ay əvvəl eyni durumdakı xəstələr mütləq öləcəkdi. Virus təsirini itirməyə başlayıb. Ağciyərlərə daha az zərər verir. Genetik mutasiyaya uğrayır. Karantin şərtləri, sosial məsəfə də onun təsirini azaldır. İnsanlar indi daha az dozada koronavirusa məruz qalırlar. Son 4 həftədə vəziyyət dəyişib. Mart-aprel aylarında vəziyyət tam fərqli idi. Təcili yardım xəstələrlə doluydu. Xüsusi aparatlara qoşulanlar çox di. Son 4 həftə içində vəziyyət yaxşılığa doğru dəyişib”, - deyib.