COVID-19-un təhlükəli yeni ştamı aşkarlandı: Bu şəxslər daha tez yoluxur
Koronavirusun digərlərindən daha ağır ola biləcək daha bir ştamı aşkarlanıb.
Azia.az "Report"a istinadən xəbər verir ki, yeni ştam artıq Cənubi Afrika Respublikası, Botsvana və Honq-Konqda qeydə alınıb.
B.1.1.529 adlı yeni COVID-19 ştamı ilə on yoluxma müəyyən edilib.
Ştamın tərkibində 32 mutasiya var ki, onlardan bəziləri yüksək ötürülmə qabiliyyəti və vaksinlərə qarşı müqaviməti ilə seçilir.
Mutasiyalar zəif immun sistemi olan, o cümlədən HİV və ya QİÇS xəstələrini daha tez yoluxdurur.