azia.az
azia.az

İrəvanda GƏRGİNLİK: Köçəryanla bağlı TƏCİLİ QƏRAR

Bu gün, 21:48

Ermənistanın Antikorrupsiya Məhkəməsi respublikanın ikinci prezidenti Robert Köçəryanın barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini daha iki ay uzadıb.

Xəbər verilir ki, hakim Aram Qriqoryan prokuror Tsovak Mnatsakanyanın vəsadətini təmin edib.


Prokuror həbs müddətinin uzadılması zərurətini Köçəryanın azadlığa çıxacağı təqdirdə ibtidai istintaqa mane olma riski ilə əsaslandırıb.

Məhkəmə qərarından əvvəl eks-prezidentin vəkili Aram Orbelyan jurnalistlərə bildirib ki, müdafiə tərəfi həbsin uzadılması üçün heç bir əsas görmür və müvafiq vəsadətin rədd ediləcəyinə ümid edir.

"Üstəlik, hesab edirik ki, ümumiyyətlə qətimkan tədbirinin tətbiqinə ehtiyac yoxdur. Bu proses müəyyən siyasi alt mətnə və ya bəlkə də birbaşa siyasi yönümə malikdir", - deyə Orbelyan qeyd edib.

Ötən gün Antikorrupsiya Məhkəməsi Robert Köçəryan və onun oğlu Sedrak Köçəryanın həbs müddətinin uzadılması ilə bağlı vəsadətlərə baxıb. Cümə günü Sedrak Köçəryanın da həbsdə saxlanılma müddətinin iki ay uzadıldığı məlum olub.

2026-cı ilin avqust ayında Ermənistan Baş Prokurorluğu Robert Köçəryana qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və çirkli pulların yuyulması ilə bağlı doqquz epizod üzrə cinayət təqibinə başlayıb. Avqustun 27-də məhkəmə onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçmişdi./musavat


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi