Koronavirusun yeni variantı ortaya çıxdı – sürətli yayılır, tez yoluxdurur
Yeni ortaya çıxan koronavirusun C.1.2 variantının daha təhlükəli olduğu ortaya çıxıb.
Azia.az xəbər verir ki, Cənubi Afrika Milli Yoluxucu Xəstəliklər İnstitutu və KwaZulu-Natal Tədqiqat İnnovasiya və Sıralama Platforması araşdırma apararaq koronavirusun yeni bir variantının aşkarlandığını
açıqlayıb.
Elm adamları 2021-ci ilin may ayında C.1.2 adlı bir mutasiya aşkarladıqlarını, bu variantın COVID-19-dan daha çox dəyişikliklərə məruz qaldığını qeyd ediblər.
Məlumata görə, C.1.2 ardıcıllığındakı mutasiya nisbətinin ildə 4.18 olduğu, hazırda insanların həyatını məhv edən digər variantlardan da çox sürətli olduğunu qeyd ediblər. Elm adamları bu sürətli mutasiyanın "Alfa”, "Beta”, "Qamma” variantlarında da müşahidə edildiyini bildiriblər.