Bakıda, Gəncədə və Sumqayıtda əməliyyat: 7 nəfər saxlanıldı
Daxili İşlər Nazirliyi (DİN) 82 kiloqram narkotik və 6 365 ədəd narkotik tərkibli həbi dövriyyədən çıxarıb.
Xəbər verilir ki, DİN-in məlumatına görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Bakıda, Gəncədə və Sumqayıtda əməliyyatlar keçiriblər.
DİN-in bildirdiyinə görə, araşdırmalar zamanı saxlanılan şəxslərin xaricdə yaşayan narkotacirlərin tapşırıqları əsasında qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri müəyyən olunub.
Faktlarla bağlı cinayət işləri başlanılıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.