azia.az
azia.az

Koronavirusa qarşı vaksinlər bu xəstəliyə səbəb olur? - AÇIQLAMA

24-11-2021, 10:19

Koronavirusa qarşı vaksinlər bu xəstəliyə səbəb olur? - AÇIQLAMA
Bəzi vətəndaşlar koronavirus əleyhinə vaksinasiyadan sonra onlarda tez-tez təzyiqin qalxması hallarının baş verdiyini iddia edirlər.

Azia.az-ın məlumatına görə, məsələ ilə bağlı Trend-ə açıqlama verən Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib ki, bunun vaksinasiya ilə heç bir əlaqəsi yoxdur.

"Təzyiq xəstəliyi vaxtaşırı kimdəsə yaranır. Əksər insanlar vaksin olunur. Lakin təzyiqin qalxmasını bununla əlaqələndirmək düzgün deyil", - deyə o əlavə edib.

Qeyd edək ki, noyabrın 18-nə olan məlumata görə, sutka ərzində 35 min 699 nəfərə vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 879, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7 700, buster doza üzrə vaksinasiya olunanların sayı isə 23 120 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı isə 10 milyon 201 min 533 doza təşkil edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi