Üçüncü dozada fərqli vaksin vurulmasının ziyanı var?
"İki doza vaksindən sonra buster doza olaraq fərqli vaksinin vurulmasının orqanizmə ziyanı olmaz".
Azia.az APA-ya istinadən bildirir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov "COVID-19 " mövzusunda çıxışında deyib.
O bildirib ki, həm eyni, həm də fərqli vaksin vurdurmağın fərqi yoxdur: "Yan təsirlərin tezliyi əvvəlki vəziyyətdən fərqli deyil. Ona görə hər bir vaksin tövsiyə olunur".