Azərbaycanda dörd aylıq körpə koronavirusa yoluxdu - VİDEO
Son günlər uşaqlar arasında koronavirusa yoluxmalar müşahidə olunur. Yoluxanların ən kiçiyi dörd aylıqdır, ən böyüyünün isə 16 yaşı var.
Xəbər verilir ki, uşaqlarda koronavirus müxtəlif simptomlarla görülə bilər. Bəzilərində klinik əlamətlər olmasa da, bəzilərində kəskin yuxarı tənəffüs yollarının infeksiyası simptomları ola bilər. Pediatr valideynlərə xəbərdarlıq edib.
Pediatr Gülnarə Salahova deyir ki, son zamanlar uşaqlarda koronavirusun mənfi təsirləndikləri müşahidə olunur. Müayinədən sonra məlum olur ki, uşaqların test nəticəsi pozitivdir. Azyaşlılarda koronavirus müxtəlif simptomlarla görülə bilər.
Pediatr bildirib ki, aşağı yaş kateqoriyasından olan uşaqlarda yoluxma daha çox valideynlərdən keçir. Yalnız valideynlərin erkən müraciəti əsasında bu virusun qarşısını almaq mümkündür.
Valideynlər özlərini peyvənd olunaraq , uşaqlarını isə sanitar-gigiyenik qaydalara riayət etməklə qoruya bilərlər deyə pediatr vurğulayıb.Ucnoqta.az