azia.az
azia.az

Səhiyyə nazirliyinin əməkdaşı vaksin növbəsinə görə vətəndaşları günahkar çıxartdı

31-08-2021, 11:15

Səhiyyə nazirliyinin əməkdaşı vaksin növbəsinə görə vətəndaşları günahkar çıxartdı
Səhiyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Günay Quluzadə poliklinikalarda vaksin növbəsi zamanı yaşanan sıxlıqlara görə vətəndaşları günahkar çıxartdı, bu barədə o öz sosial hesabında yazıb.

"Növbə tənzimləmək tibb işçilərinin öhdəliyi deyil. Böyük qismi xanımlar olan işçilərin narazı kütlənin önünə çıxması mümkün deyil. Yaxınlaşan vətəndaşların əksəriyyəti randevusuz gəlir və məcbur tibb işçiləri onları növbəyə salır və bu da təbii olaraq zaman itkisinə gətirir. Vətəndaşlarımızdan bu istiqamətdə anlayış istəyirik. Bu məsələ dəfələrlə deyilib. Maraqlı tərəf haqsız yanaşma axtaran gənc fəallardadır. Hansılar ki, hər zaman özlərini gənclər üçün yaxşı örnək və doğru yol adlandırırlar. Hər zaman doğruluq axtarışında olanlara, təbliğat, dəstək üçün bu növbələrdə səs-küy salıb işi uzadanlara sualım var. Xəstəliyə yoluxmadığınız təqdirdə niyə son gün o izdihama siz də qatılırsınız? Siz özünüz niyə son gün vaksin olunursunuz? Araşdırmacı kimliyinizlə niyə növbədə sıxlıq yaradanlar sırasındasınız? Yanvardan başlayan və may ayından hamının (+18) rahat qatıla biləcəyi prosesi son 15 gündə bu hala niyə salırsınız? Zamanında vaksin vurdurmaq olmazdı?”, - deyə Günay Quluzadə qeyd edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi