Orqanizmi məhv edən xroniki xəstəliklər: Əlamətləri hansılardır?
![]()
Xroniki xəstəliklər orqanizmin hansısa bir hissəsində var olan, uzun müddət davam edən, bəzənsə ömür boyu sağalmayan və müalicə imkanları məhdud olan xəstəliklərdir.
Bəs xroniki xəstəliklər hansılardır?
Azia.az təqdim edir:
Astma: İlk növbədə bronxların - ağciyər tənəffüs yollarının iltihabi-allergik xəstəliyidir. Lakin iltihabın allergik reaksiya və ya xroniki xəstəlik olmasından asılı olaraq allergik komponentli astmanı qeyri-allergik astmadan fərqləndirirlər.
KOAH: Xroniki obstruktiv ağciyər xəstəliyi, adətən KOAH adlanan ümumi ağciyər xəstəliyidir. Emfizema və xroniki bronxit KOAH-ın ən çox yayılmış iki səbəbidir. KOAH olan bir çox insanın hər ikisi də bu xəstəliklərə malikdir. Əsas əlamətləri nəfəs darlığı, öskürək və bəlğəmdir. Xroniki bronxitdən əziyyət çəkənlərin çoxu KOAH xəstəsidir.![]()
Yüksək təzyiq: Yüksək təzyiq bütün dünyada geniş yayılmış təhlükəli bir xəstəlikdir. İnfarkt, iflic və böyrək çatışmazlığı kimi ölümcül hadisələrlə nəticələnə bilər. Qan təzyiqi ilə ürək-damar xəstəlikləri arasında sıx bir əlaqə vardır. Qan təzyiqi nə qədər yüksəkdirsə, infarkt, ürək çatışmazlığı, iflic, göz və böyrək xəstəlikləri riski də o qədər yüksəkdir.
Şəkər xəstəliyi yəni diabet: Diabet xalq arasında şəkər olaraq bilinən xəstəlik qandakı şəkəri tarazlayan insulin hormonunun əskikliyindən və ya yetəri miqdarda ifraz olunmasına baxmayaraq orqanizmdə istifadə edilə bilməməsindən yaranan xroniki xəstəlikdir.![]()
Xroniki böyrək çatışmazlığı: Böyrəklərin bir neçə ay və ya il ərzində getdikcə öz funksiyasının itkisi nəticəsində yaranır. XBÇ beş mərhələlidir. Hər mərhələ - böyrəyin yumaqcığında süzülmənin getdikcə pozulmasını göstərir və qandakı kreatinin səviyyəsi də bunun göstəricisidir.
Xroniki xəstəliklərin əlamətləri:
• Çox zaman orta yaşlarda başlayır və ömür boyu davam edir:
• Zaman-zaman sağalmağa doğru getsə də yenidən təkrarlanır:
• Xəstənin periodik olaraq tıbbi baxımları olmalıdır:
• Ekonomik yükü də artırırlar:![]()