azia.az
azia.az

Azərbaycanda reanimasiyalar dolub, ağır xəstələr çoxdur, odur ki... - Deputatdan koronavirusla bağlı ŞOK XƏBƏRDARLIQ

10-08-2021, 16:39

Azərbaycanda reanimasiyalar dolub, ağır xəstələr çoxdur, odur ki... - Deputatdan koronavirusla bağlı ŞOK XƏBƏRDARLIQ
Son dövrdə Azərbaycanda youxma və bununla bağlı ölüm hallarının artmaqdadır. Daha dəqiq ifadə etsək, iki həftə əvvəl Azərbaycanda gündəlik yoluxma 272 idisə, bu günlərdə 1200 civarındadır.

Dünyada, xüsusilə region ölkələrində, Rusiya, İran, Gürcüstanda COVİD-19-a yoluxma hallarında kəskin sıçrayışın müşahidə olunması Azərbaycanda da koronavirusun yeni dalğasının və yeni ştamlara yoluxmanı qaçılmaz edə bilər. Ən azından mütəxəssislər belə düşünür.

Azia.az xəbər verir ki, Milli Məclisin deputatı Musa Quliyev Publika.az-a açıqlamasında söyləyib ki, insanları maarifləndirmək, düz yola çağırmaq bizim borcumuzdur:

“Təssüf ki, Delta ştamı Azərbaycana da gəlib, yayılıb. Gündən-günə koronavuirusun yoluxma statistikası artmaqdadır. Reanimasiyalar da artıq doludur. Deməli, ağır xəstələr çoxdur. Ağır xəstələr çoxdursa, ölüm halları da gündən-günə daha çox arta bilər. Bu da bizi daha ciddi tədbirlərə əl atmağa vadar edir. Daha ciddi tədbirlər dedikdə, ilk növbədə məhdudiyyətlər artırılmalıdır. Yəni, karantin rejimi gücləndirilməlidir. Eyni zamanda, vaksinasiya prosesi daha da sürətlənməlidir”.

Deputatın fikrincə, biz vaksinasiya prosesini sürətləndirməliyik:

“Görünür, maarifləndirmə bəs eləmir. Müəyyən qədər stimullaşdırıcı və məhdudlaşdırıcı addımlara da gedilməlidir. Bununla bağlı dünya təcrübəsi də var. Həmin təcrübələri geniş şəkildə tətbiq etmək və insanlara da təbliğ etmək lazımdır. İlk növbədə taksi xidməti ilə məşğul olanlar və bu qəbildən olan digər peşə sahiblərinin hamısı vaksinasiyadan keçməlidir. Çünki insanlar şənbə və bazar günləri taksilərdən istifadə edirlər. Digər tərəfdən, biz şənbə və bazar günləri ictimai nəqliyyatı bağlamışıq. Gəlin, həmin günlərdə ictimai nəqliyyata tətbiq olan məhdudiyyətləri aradan qaldıraq, bir şərtlə ki, vaksin pasportu olan insanlar istifadə etsinlər. Qarşıdan yeni tədris ili gəlir. Təhsil müəssisələri açılacaq. Gördük ki, məsafədən təhsil o qədər də effektli deyil. Əyani təhsilin yerini vermir”.

Musa Quliyevin fikrincə, bütün müəllimlər də, şagirdlərin valideynləri də vaksinasiya olunduqdan sonra dərsə buraxılmalıdır:

“Şagirdlərin vaksinasiyadan keçməsinin nə qədər doğru olub-olmadığını dəqiq bilmirəm. Epidemioloji şəraitə uyğun olaraq məcburedici addımlara da getməliyik. Qanunvericilik də buna imkan verir. Bu heç də insan haqlarının pozulması kimi qiymətləndirilməli deyil. Pandemiyadan qısa müddətdə qurtulmaq istəyiriksə, bu yolla getməliyik. Qapanmaları, açılmaları müvəqqəti effektli tədbirlər sayıram. Ondan sonrakı dövrdə həmin önləyici tədbirlərin digər çətinliklərini görəcəyik. Bu çətinliklər sosial, iqtisadi və psixoloji ola bilər”


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi