azia.az
azia.az

Tibb bacısı peyvənddən sonra huşunu itirib - VİDEO

19-12-2020, 16:21


Tiffani Dover adlı tibb bacısı Tennessi xəstəxanasında "Pfizer" koronavirus peyvəndini vurdurduqdan sonra huşunu itirib.

Anewsaz "New York Post"a istinadən xəbər verir ki, hadisə qadının peyvəndlənmədən sonra verdiyi reportaj zamanı qeydə alınıb. O jurnalistlərə başının gicəlləndiyini bildirib, daha sonra isə yıxılıb.
Tibb bacısı peyvənddən sonra huşunu itirib - VİDEO
"Bilirsinizmi, bütün işçilər peyvəndi almaqdan çox xoşbəxtdirlər. Və bilirəm ki, bu həqiqətən... Üzr istəyirəm, başım çox gicəllənir",-deyən tibb bacısı bundan sonra huşunu itirib.

Həkimlər isə bu hadisənin peyvənd komponentləri ilə əlaqəli olmadığını iddia ediblər. Qadın da özünə gəldikdən sonra bildirib ki, o adətən ağrı hiss etdikdə huşunu itirdirir.

Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin açıqlamasında da bildirilib ki, müxtəlif tibbi prosedurlar zamanı insanların özündən getməsi adətən ağrı və narahatlıq səbəbindən baş verir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi