azia.az
azia.az

2 il pulsuz işləyən qızın CEO kürsüsünə gedən yolu - Müsahibə

8-12-2025, 22:38

2 il pulsuz işləyən qızın CEO kürsüsünə gedən yolu - Müsahibə

Tələbə vaxtı 4 şirkətdə 2 il pulsuz işləyir. O zaman düşünür ki, gələcəyi üçün bunu etməli, tələbə vaxtı iş həyatına hazır olmalıdır. Universiteti bitirəndə də iş tapmağı çətin olmur, qısa müddətdə iş həyatına keçid edir və marketinq meneceri olaraq uğurla davam edir.

O, “One2One” reklam agentliyində, “Modern Group”, “Azgranata”da marketinq sahəsində çalışıb, “Benish GPS Azerbaijan”da marketinq direktoru olub.

2021-ci ildə “Payriff” ödəniş təşkilatının həmtəsisçilərindən olur. Bu ilin əvvəlinə qədər şirkətin icraçı direktoru idi. Sonra şirkətdən uzaqlaşdı və müşavir olaraq fəaliyyətini davam etdirir.

Lakin yeni layihələrlə bağlı geri dönən Türkan Fərzəliyeva Valyuta.az-ın qonağı oldu, karyerası ilə bağlı keçdiyi yoldan söhbətləşdik.

Qeyd edək ki, T.Fərzəliyeva Azərbaycan Dövlət Neft və Sənaye Universitetində informasiya texnologiyaları və sistem mühəndisliyi, Türkiyənin “Bahçeşehir Universitetində marketinq üzrə magistr təhsili alıb. Hazırda isə “Warwick Business School”da (Böyük Britaniya) biznes idarəedilməsi üzrə MBA (Master of Business Administration, yəni Biznesin İdarəedilməsi üzrə Magistr) təhsili alır.

Daha ətraflı videomüsahibədə:



2 il pulsuz işləyən qızın CEO kürsüsünə gedən yolu




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi