azia.az
azia.az

Tural Abbaslı general Rövşən Əkbərovdan danışdı: "Adam öldürən necə general rütbəsini daşıya bilər?" VİDEO

3-11-2021, 08:07


Ağ Partiya başqanı Tural Abbaslı "TV Müsavat"ın "Canlı debat" verilişində Sevinc Telmanqızının qonağı olub.
Tural Abbaslı general Rövşən Əkbərovdan danışdı: "Adam öldürən necə general rütbəsini daşıya bilər?" VİDEO
Musavat.com xəbər verir ki, Tural Abbaslı hazırda həbsdə olan general Rövşən Əkbərovun ünvanına sərt fikirlər səsləndirib. O, bildirib ki, adam öldürməkdə ittiham olunaraq həbs edilən birinin hələ də general rütbəsi daşıması qəbuledilməzdir.

"İndi Rövşən Əkbərov adam öldürmə ittihamı ilə həbs olunub. Adam öldürən biri necə general rütbəsini daşıya bilər? Ordunun generalı! Hansı ordunun generalıdı, dağa dırmaşaraq şəhid olan ordunun generalı, övladlarını burada qoyub gedib şəhid olan ordunun generalı. Özünü minanın üstünə atıb əsgərləri qorumaq istəyən əsgərlərin olduğu qalib ordunun qatil generalı necə ola bilər?" - Ağ Partiya başqanı bildirib.

Musavat.com Tural Abbaslının həmin fikirlərini təqdim edir:

Qeyd edək ki, Rövşən Əkbərov 10 il müddətinə azadlıqdan məhrum edilib. R.Əkbərov 20 il öncə Kiyevdə azərbaycanlı iş adamı Elçin Əliyevi qətlə yetirməkdə təqsirli bilinib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi