azia.az
azia.az

Azərbaycanlı lezbiyan: “Ərim kim olduğumu biləndə şoka düşdü”

10-06-2021, 20:17

- Oğlanlara qarşı heç bir hissiniz yox idi?
Azərbaycanlı lezbiyan: “Ərim kim olduğumu biləndə şoka düşdü”
- Vardı. Simpatiyam olurdu, dostluq edirdik. Hətta, mənə elə gəlirdi ki, keçmiş yoldaşımı sevirdim, amma onun mənə olan qəddarlığına görə həmin isti duyğular da buxarlandı, yox oldu.

- İntim münasibət baxımından necə?

- Ərimdən başqa heç kimlə intim nəsə yaşamamışam.

- Öz cinsinizin nümayəndələri ilə də?

- Onlarla da aramda heç nə olmamışdı, amma məni ehtiraslandırırdılar.

- Bəs, niyə onlarla nəsə yaşamağa çalışmırdınız?


- Sevgisiz seksin mənəviyyatsızlıq olduğunu düşünürəm. Mənim üçün hisslər həmişə birinci yerdə idi. Seks mənim üçün sevginin fiziki ifadəsidir.

- Sonra kimisə doğrudan sevmədiniz?

- Hazırkı partnyorumla rastlaşdım və onu sevdim.

- Demək, hazırda münasibətiniz var.

- Bəli, uzun illərdi, təxminən 8 ildir münasibətim var.

- Doğmalarınız, yaxınlarınız xəbərdardır?

- Təkcə anam bilir.

- Necədi bu məsələyə münasibəti?

- Mənə çox hirslənir. Deyir, mən cəhənnəmdə yanacam. Buna son qoymağımı istəyir.

- Bəs, siz nə düşünürsünüz?

- Mən düşünürəm ki, Tanrı bütün uşaqlarını sevir. Ona bizim kimlə yatdığımız maraqlı deyil. Onun üçün əsas olan heç kimə pislik etməməyimizdir. Bir çoxları bunun təbiətə zidd olduğunu deyirlər, amma təbiəti öyrənsək, görərik ki, heyvanlar aləmində də belə şeylər var.

- Sevgilinizlə bir evdə yaşayırsınız?

- Bəli.

- Oğlunuz da sizinlə yaşayır.

- Bəli.

- Onun sizin münasibətinizdən xəbəri var?

- Xeyr.

- Neçə yaşı var?

- 10.

- Sevgilinizin neçə yaşı var?

- 32.

- Onun peşəsi nədir?

- Beynəlxalq şirkətdə işləyir.

- Oğlunuzdan münasibətinizi nə vaxta kimi gizləməyi düşünürsünüz?

- Hələ onun yetərincə böyüdüyünü düşünmürəm. Zamanı gələndə, deyəcəm.

- Sizcə, necə reaksiya verəcək?

- Düşünürəm ki, sevinəcək. O, çoxdan evlənməyimi və xoşbəxt olmağımı istəyir. Biz onsuz da, bir ailə kimi yaşayırıq, ona görə də, nəyinsə dəyişəcəyini düşünmürəm. Sevgilim oğlumun qayğısına öz doğması kimi qalır, yaxşı dostluq edirlər. Həm də, oğlum bilir ki, atası məni döyürdü və mən xoşbəxt deyildim.

- Sevgilinizlə öz uşaq istəsəniz, nə edəcəksiniz?

- Mən onunla uşağımızın olmağını, bərabər böyütməyimizi çox istəyirəm, amma hələ ki, bu barədə düşünmürük. Çünki ikimiz də işləyirik və mənim oğluma baxırıq. Yeni uşağa hələ vaxtımızın və gücümüzün olmayacağından qorxuruq. Bir də ki, 21-ci əsrdə hamilə qalmaq üçün seksə ehtiyac yoxdur. Bu məsələlər daha asan həll olunur. Sperm bankları var. Ya da uşağı tanıdığımız birindən dünyaya gətirmək istəsək, ətrafımızda bizə donorluq edə biləcək çoxlu gey dostlarımız var.

- Bütün bunların övladınızın psixologiyasına, həyatına mənfi təsir edəcəyini düşünmürsünüz?

- Xeyr. Belə düşünmürəm. Həbsxanalara baxın. Orada olan uşaqların əksəriyyəti normal, yəni heteroseksual ailələrdəndi. Valideynlərin orientasiyasının buna heç bir dəxli yoxdur. Sevgilimlə mən də heteroseksual ailədə böyümüşük. Uşağa ona olan münasibət təsir edir. Əgər övladınıza lazımı qayğını, diqqəti göstərsəniz, fiziki və psixoloji olaraq sağlam böyüyəcək. Orientasiyamız bizim pis, axmaq, ya da eybəcər olmağımızı müəyyənləşdirmir. İnsanları ancaq davranışları ilə mühakimə etmək olar.

- Aylin xanım, bizə müsahibə verməyə razılaşdığınız üçün təşəkkür edirəm.

- Mən təşəkkür edirəm! Amma mümkünsə, mən də sizə bir-iki sual vermək istəyirəm.

- Əlbəttə, buyurun.

- Bakıda, ümumiyyətlə, Azərbaycan geylərə, lezbiyanlara necə münasibət göstərirlər?

- Bizdə homoseksuallara, cinsi azlıqlara qarşı xüsusi radikal münasibət yoxdur. Əlbəttə, onları qəbul etməyənlər, sevməyənlər çoxdur, amma məncə, bu da bütün dünyada belədir. Ən azından, sosial prank videolarından bunu müşahidə eləmək olur. Hətta, başqa ölkələrdə radikal münasibət göstərənlər daha çoxdur.

- Bəs, şəxsən sizin özünüz bu məsələyə necə yanaşırsınız?

- Ümumiyyətlə, yanaşmamağa çalışıram.

- Belə cavab verəcəyinizi təxmin edirdim (gülür).

- Hə, səmimi fikirlərimi desəm, sizin xoşunuza gəlməyə bilər.

- Elə suallarınızdan bunu təxmin etmişdim. Əksər suallarınız homofobların əsas suallarıdır.

- Ola bilər. Əslində, düşünürəm ki, homoseksuallıq daha çox uşaqlıqdan qalan ciddi travmalarla bağlıdır.

- Bütün geylərin, lezbiyanların uşaqlıqda travma yaşadığı üçün belə olduğunu düşünmürəm. Ancaq haqlısınız, orientasiya uşaqlıq illərində formalaşır. Uşaq vaxtı həmişə insanların cinsiyyət məsələsinə niyə bu qədər ilişdiyini düşünürdüm. Bir qıza aşiq olmuşdum. Ümumiyyətlə, uşaqlar üçün kimi sevdiyinin fərqi yoxdur. Onlar dünyaya tamam başqa gözlə baxırlar. Heteroseksuallığın daha çox bizə aşılanmış bir davranış forması olduğunu düşünürəm. Böyüdükcə başa düşürük ki, fərqli olsaq, cəmiyyət bizi qəbul etməyəcək, ona görə də hamı kimi olmağa çalışırıq. Bütün gey tanışlarımın sadəcə birində uşaqlıq travması olub, digərləri bu oriyentasiyanı yetkinlik çağında seçib. Siz kişi kimi qadın bədəninin gözəlliyini görürsünüz. Sizi qadın bədəni ehtiraslandırır. Məni də. Onun saçlarının qoxusunu içimə çəkəndə xoşbəxtlikdən başım fırlanır.

- Aydındır. İzah etməyə çalışdığınız üçün də ayrıca təşəkkür edirəm.

- Buyurun, xoşdur!

- Maraqlı söhbət üçün bir daha təşəkkür edirəm. Sağ olun.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi