azia.az
azia.az

“Düşündüm ki, ərim məni görsə, boşayacaq” – Elnarə ilə müsahibə

28-09-2019, 13:03


Müğənni Elnarə Xəlilova ilə şəhər restoranlarının birində bir araya gəldik.
“Düşündüm ki, ərim məni görsə, boşayacaq” – Elnarə ilə müsahibə
Musavat.com-un suallarını cavablayan ifaçı ilə həmkarları ilə münasibətindən və şəxsi həyatından danışdıq:

- Röya Ayxan ilə barışmağınız maqazin gündəmini zəbt etdi. Siz oxuduğunuz zaman Röya rəqsə qalxdığı üçün ona barışıq addımı atdınız, yoxsa...?

- Məndə heç bir küskünlük olmayıb. Əslində, onda da olmayıb. Mən oxuyurdum, ürəyi istədi, durdu oynamağa başladı. Heç bir qərəz hiss etmədi, demək ki, problemi yoxdur. Mahnının axırına yaxın hiss etdim ki, onunla salamlaşmaq istəyirəm. Beynimdə çox düşündüm ki, yaxınlaşım, ya yox. Sonra dedim ki, əşi, islanmışın yağışdan nə qorxusu. Etmədiyin işin peşmanlığı daha çox olur. Fikirləşdim ki, etməsəm, bunu özümə bağışlaya bilməyəcəyəm. Onsuz da biz onunla hər zaman görüşmüşük, münasibətimiz normal olub. İnstaqramda problem çıxdı, Allah şeytana lənət etsin. Heç yadımda deyil, elə bilin ki, olmayıb. Evdə iki bacı arasında da dodaq boyası, corab üstündə dava olur. Evdə 4 uşağım qırır bir-birini. Neqativi unutmaq lazımdır. Neqativi yadda saxlamağın nə mənası var ki?

- Xalanız qızı Mina açıqlama verdi i, Almaz Saraylı xalamızdır. Bu haqda niyə heç vaxt danışmamısınız?
- 7-8 il qabaq açıqlamışdım ki, Almaz Saraylı xalam qızıdır. O xalam deyil. Sadəcə Mina gənc olduğundan qohumluq əlaqələrini qarışdırıb. Almaz xalam qızıdır. Mina ona hörmət etdiyindən “xala” deyə, müraciət edir. Verilişdə də elə deyib. Almaz Saraylı babamın ilk evliliyindən olan qızının övladıdır. Mən yeni oxumağa başlayanda onunla toyda qarşılaşdım, Baxdım ki, yanında oğlu var, oğlan xalam oğluna, yəni Minanın qardaşına oxşayır. Yaxınlaşıb soruşdum ki, sizin babanızın adı Ağoppadır? Dedi, hə, sən haradan tanıyırsan? Dedim ki, mənim də babamdır. Belə tanış olduq. Almaz Saraylının janrı başqadır. Ona görə məclislərdə rastlaşmırıq. Amma münasibətlərimiz gözəldir. Mən onunla ögeylik hiss etmirəm.

- Tez-tez saçlarınızın formasını, rəngini dəyişirsiniz. Buna səbəb nədir?
- Bir dəfə saçlarımı bənövşəyi rəngə boyadım. Sonra iki yolum var idi, ya onu qorumalı, ya da natural rənglərə qayıtmalı idim. Bir ay sonra bənövşəyi məni yordu. Dedim ki, bəsdir, Elnarə , bu rəngdən çıx. Natural rəngə qayıda bilmədim. Bənövşəyi yuyuldu, altında firuzəyi mavi çıxdı. Dedim ki, bu saçla gəzə bilmərəm, yüz faiz Rövşən (həyat yoldaşı Rövşən Cahangirov - red.) məni boşayacaq. Rövşən bu mövzuda diqqətsizdir. Bir həftədir saçımı kəsdirmişəm. Dünən deyir ki, sən saçını kəsdirmisən? Bir həftədir mənimlə bir yastığa baş qoyur, bunu dünən deyir.

Onun üstünə göyümtül boz qoydum. Boz yuyulandan sonra isə altından yaşıl rəng çıxdı. Vəziyyətdən çıxış yolları tapdım, sonra saçımı yandırdım və kəsdirdim.

- Maşın” şou başlayır. Dəvət almısınızmı?

- Mən bir dəfə iştirak etmişəm. Hər il də dəvət alıram. Amma ya gedə bilmirəm, ya da, getməməyi seçirəm.

- Orada məşhurlar davranışlarına görə bəzən gözdən düşür, tənqid olunur. Getməmə səbəblərinizdən biri budur?

- Bu il Sərhəd Qoşunlarının 100 illiyidir. 1 ay bölgələri gəzəcəyik. Amma “Maşın” riskli yerdir. İzləməsəm də, instqramda videolara baxmışam. Bəzən iştirakçıların yerinə məyus oluram ki, kaş, o sözü deməzdi. Açığı bir də iştirak etmək istəməzdim. Mən çox emosional insanam, elə söz deyilər ki, bir il özümə gələ bilmərəm. Əsəblərimi cilovlaya bilməyib, peşman olacağım söz deməkdən çəkinirəm. Ən yaxşısı getməməyimdir.

Könül İbrahim,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi