azia.az
azia.az

Mədəniyyət Nazirliyində nə baş verir? - "Azərbaycanfilm"in rəhbərliyi istefa verdi

11-06-2024, 00:02

Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasının direktoru Nazim Hüseynov vəzifəsindəndən azad edilib.

Redaktor.az xəbər verir ki,  "Azərbaycanfilm” kinostudiyasının mətbuat xidmətinin rəhbəri Ramil Ələkbərov təsdiqləyib.

O bildirib ki, direktordan əlavə olaraq Kinostudiyanın rəhbər işçiləri də işdən çıxmaq haqqında ərizələrini təqdim ediblər. Direktor müavini, prodüser Emil Nəcəfov və aparat rəhbəri Aydın Hüseynovun istefa ərizləri təsdiqlənib.

Nazim Hüseynov isə işdən çıxmasının səbəbləri barədə danışmaq istəməyib.

“Azərbaycafilm”ə kimin rəhbər təyin olunacağı ilə bağlı isə dəqiq məlumat yoxdur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi