TikTok-a görə Xalq artistini teatrdan çıxarıblar?
Xalq artisti Bilal Əliyevin TikTok-dakı fəaliyyətinə görə solisti olduğu Rəşid Behbudov adına Dövlət Mahnı teatrından çıxarıldığı iddia olunub.
Bildirilib ki, məşhur müğənninin sözügedın platformada izləyicilərini təhqir etməsi, tez-tez canlı yayım açması onun işdən uzaqlaşdırılması ilə nəticələnib.
Azia.az həmin ittihamlarla bağlı teatrın direktoru Kazım Qasımlı ilə əlaqə saxlayıb. O deyib ki, müğənni ilə əməkdaşlıqları illər əvvəl bitib:
"6-7 il bundan əvvəl teatrın solisti olub. İndi isə bizimlə çalışmır".
B. Əliyev də yayılan iddialara münasibət bildirib. O, OLAY-a açıqlamasında təqaüdə çıxdığı üçün işdən ayrıldığını deyib:
"İslahatlar aparıldı. Ondan sonra bizim yollarımız ayrıldı. Mənim də təqaüd yaşım idi. Vokalistlər də bilirsiniz ki, 57 yaşından sonra təqaüdə çıxırlar. Ona görə ayrıldım".