azia.az
azia.az

Azərbaycanlı müğənninin ifasından sonra münsiflər arasında qalmaqal yaşanıb

19-04-2016, 13:58

 Azərbaycanlı müğənninin ifasından sonra münsiflər arasında qalmaqal yaşanıb Azərbaycanın tanınmış gənç ifaçısı Çingiz Mustafayev "Qolos Kraini" (“Səs Ukrayna”) müsabiqəsində iştirakını dayandırıb. Müğənni komanda rəqibi Anyanya Udoqvo ilə Ukraynanın milli mahnısı “Reve ta stoqne Dnipr şirokiy” adlı musiqi parçasını səsləndirib. Bu mahnının sözlərini Ukraynanın şair və yazıçısı Taras Şevçenko yazıb.
Müğənnilərin ifası münsiflər heyətində oturan Svyatoslav Vakarçuka təsir edib. O, göz yaşlarını saxlaya bilməyib. Hətta Vakarçuk münsiflər heyətinin üzvü Potap ilə konfliktə girib. Müğənnilər ifa edən zaman Potap gülüb və özünü ciddi aparmayıb. Vakarçuk isə "bu mahnı Ukraynanın milli mahnısı olduğu üçün gülməyə ehtiyac yox idi" deyib.
"Mən Ukraynada Çingiz Mustafayev və Anyanya Udoqvo kimi müğənniləri görmək istəyirəm. Hansı ki, ifa edəndə ürəkləri ilə oxuyurlar. Bəzi ukraynalı ifaçılar kimi, səhnəyə çıxıb “Biz vətənimizi sevirik” deyərək ölkəni soymurlar”. Ancaq qonorar üçün səhnəyə çıxan ukraynalı müğənnilər bu ölkəyə lazım deyil”. Komanda rəhbəri Svyatoslav Vakarçuk sonda Anyanyanı seçib. Çingiz Mustafayev isə mübarizəni dayandırıb.
Musiqi yarışmasında münsiflər kürsüsündə Tina Karol, İvan Dorn, Svyatoslav Vakarçuk və Aleksey Potapenko (Potap) əyləşib. Əlavə edək ki, 2014-cü ildə Ukraynanın "Qolos Kraini" şousunun "görünməz" mərhələsində Xarkovda yaşayan azərbaycanlı - əslən Bakıdan olan 18 yaşlı Vaqif Nağıyev möhtəşəm çıxış edərək hamını heyran etmişdi.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi