azia.az
azia.az

Polislər barədə sahiblərini "xəbərdar edən tutuquşu saxlanılıb"

2-05-2019, 15:20


Braziliyada narkotik qaçaqmalçılığı ilə məşğul olmaqda şübhəli bilinən sahiblərinə polisin yaxında olduğu barədə xəbərdar edən tutuquşu saxlanılıb, media bildirir.

Hadisə Teresine şəhərdəki Vila Irma Dulce rayonunda hüquq-mühafizə qüvvələrinin əməliyyatı vaxtı baş verib.

Polis evə girərkən quş portuqalca "Vay anam, polis!" deyə qışqırıb.

"Bunun üçün təlim keçmiş olmalıdır. Polis yaxınlaşan kimi qışqırdı", - əməliyyatda iştirak edən hüquq-mühafizəçilərdən biri deyib.

Quşun Teresine zooparkına təhvil verildiyi bildirilir.

Susmaq haqqı
Braziliyalı jurnalistlərdən birinə əsasən, quş indi sanki "susmaq hüququndan" istifadə edir:

"O indiyə qədər heç bir səs çıxarmayıb".

Baytar Alexandre Clark da deyir ki, "çox sayda polis zabiti gəlib getdi, amma o heç nə söyləmədi".

Quşun sahibi keçmişdə narkotik maddələrin qaçaqmalçılığı ilə bağlı ittihamlar əsasında iki dəfə həbs edilmiş "İndia" adı ilə tanınan şəxsdir.

Onun 30 yaşlı əri də evdə kokain aşkar olunandan sonra saxlanılıb.

Qlobo televiziyasının xəbərinə görə cütlüyün 16 yaşlı qızı paltaryuyan maşında narkotiklərin tapılması ilə bağlı xəbərdarlıq alıb. Məlumatda onun sərbəst buraxıldığı deyilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi