300-dən çox adamı udan timsah görün nə oldu - VİDEO
Şərqi Afrika Burundidəki Tanqanika gölündə 1987-ci ildən bu yana 300-dən çox balıqçı və kənd sakinlərini udan nəhəng Nil timsahı kənd kabusuna çevrilib.
Oxu24.com xarici mətbuata istinadən xəbər verir ki,2016-cı ildən bəri gölün heç bir yerində görünməyən timsah üçün "əylənmək üçün öldürməyin" xəbərdarlığı edilib.
Təbiətdə ən təhlükəli heyvanlardan biri olaraq görülən bu timsahlar xüsusilə ABŞ, Hindistan və Şərqi Afrikada ciddi ölümlərə səbəb olur.
Qustav kimi tanınan timsahın indi 100 yaşdan yuxarı olduğu bildirilir. Timsahın öldüyünə dair heç bir dəlil tapılmasa da, hələ də sağ olduğu güman edilir. Amma timsahın harada olduğu sirr olaraq qalır. Dünya mətbuatı da mövzuya böyük maraq göstərir.
