azia.az
azia.az

Niyə dəfndən sonra məzarın üzərinə su tökürlər?-CAVAB inanılmaz

25-11-2021, 16:36

Niyə dəfndən sonra məzarın üzərinə su tökürlər?-CAVAB inanılmaz
Niyə dəfndən sonra məzarın üzərinə su tökürlər?İmam Cəfər Sadiqdən (ə) rəvayət edilmiş hədisə əsasən, ölünün qəbrinin torpağı qurumayınca, onun qəbir əzabı təxirə salınar. Xüsusilə, dəfn gecəsində qəbir əzabının və sorğunun çox şiddətli olması məlumdur. Buna görə dəfndən sonra məzarın üzərinə su səpir, həmin gecə vəhşət namazı qılırlar. Bu, müstəhəb əməldir, vacib deyil.

saqlamheyat.az islam.az-a istinadən bildirir ki, su tökərkən qəbrin baş tərəfindən başlayırlar və ayaq tərəfə davam etdirirlər, yenə baş tərəfə qayıdıb dövrəni tamam edirlər. Dəfndən sonrakı 40 gün ərzində hər gün bunu etmək müstəhəb sayılır. Adətən, məzarın üzərinə su səpdikdən sonra orada iştirak edənlər əl barmaqlarını məzarın torpağına batırıb 7 dəfə Qədr surəsi oxuyur və ölünün ruhuna rəhmət deyirlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi