azia.az
azia.az

Xəstələr buradan qaçıb intihar edirdi – Qorxunc cinayətlərə və işgəncələrə ev sahibliyi edən ruhi xəstəxana FOTOLAR

1-11-2021, 15:36

Bayberi xəstəxanası xəstələrin müalicəsi və onlara verilən işgəncə hadisələri ilə məşhurdur.
Xəstələr buradan qaçıb intihar edirdi – Qorxunc cinayətlərə və işgəncələrə ev sahibliyi edən ruhi xəstəxana FOTOLAR
Musavat.com qorxu filmlərinə mövzu olacaq Bayberi ruhi xəstəxanası haqqında maraqlı məlumatları təqdim edir.
İkinci Dünya müharibəsində dini səbəblərə görə döyüşməyən 3000-ə yaxın əsgər işləmək üçün ölkə daxilində ruhi xəstəxanalara göndərilib.

Bayberi psixi xəstəxanasının bəzi sadiq, qayğıkeş və çalışqan heyəti xəstələrə həqiqətən qayğı göstərsələr də, bəzi işçilər qorxunc davranışlar sərgiləyib.

Yetərincə kadr olmaması səbəbindən Bayberi psixi xəstəxanasında xəstələrə lazımi xidmət göstərilmirdi. Bu səbəbdən xəstələr çox vaxt yuyunmamış və çılpaq qalırdılar. İşçilər xəstələrə qulluq etmək əvəzinə onları kiçik kameralarda günlərlə, bəzən aylarla saxlayırdılar.



Qeyd edək ki, 1946-cı ildə “Life” jurnalı bir fotoqraf tərəfindən çəkilmiş və içəridəki dəhşətli şəraiti göstərən fotoşəkilləri dərc edib.

1980-ci illərin sonlarında 27 yaşlı Uilyam Kirş burada üç ildən çox pis rəftara məruz qalan şəxslərdən biridir. ABŞ-ın Şərqi Pensilvaniya Rayon Məhkəməsi Bayberi xəstəxanasında Uilyam Kirş adlı gəncin işgəncələrə məruz qaldığını müəyyən edib.



Araşdırmalar zamanı insan hüquqlarının pozulduğu müəyyən edilib və onun xəstəxanadan buraxılması istənilib.

Bu xəstəxanada həkim səhlənkarlığı nəticəsində 1970-ci ilə, Kirş məsələsi ortaya çıxmamışdan əvvələ qədər təxminən 57 ölüm hadisəsi baş verib.

Digər tərəfdən Bayberinin xəstələrə qarşı açıq qapı siyasəti bəzi xəstələrin qaçmasını asanlaşdırıb. Ərazidəki ev sahibləri bəzən qazonlarında yatmış xəstələrə rast gəlirdilər. Lakin bəzi xəstələr xəstəxanadan bir qədər aralıda intihar edib.

Soyuq fevral günündə bir xəstə qaçıb. Lakin yenidən geri dönərək xəstəxanaya daxil olmaq istədikdə içəri buraxılmayıb. Xəstə oradaca soyuqdan donaraq ölüb.



Buradakı xəstələrə verilən işgəncələrin çoxu aşkar edilməyəcək şeylər idi. Bunlardan biri “su kürü” idi.

Belə ki, tibb bacıları böyük dəsmalları suya batırırdı. Sonra xəstənin boynuna dolayar, sıxar, xəstənin gözü və dili şişər, nəfəsi çətinləşərdi.

Bayberi psixiatriya müəssisəsində ən qorxunc işgəncə hadisəsi "müalicə" zamanı baş verib. Həkimlər xəstəni keyidici iynə vurmadan dişlərini çəkib, ağrıkəsicilərdən istifadə etmədən digər tibbi prosedurları yerinə yetiriblər.

Hətta bu xəstəxanada dərmanlarını sınaqdan keçirməyək istəyən bir neçə şirkət də istifadə edib. Belə ki, sınaqdan keçiriləcək dərmanlar ruhi xəstələrin üzərində test edilirdi.



1919-cu ildə Bayberi ruhi müəssisəsində iki tibb bacısı bir xəstəni gözləri çıxana qədər boğduqlarını etiraf ediblər.

Qəribəsi isə budur ki, həmin tibb bacıları işdən çıxarılmayıb və daha yüksək maaşla işlərinə davam ediblər.

Bir müddət sonra burada personalın xəstələri öldürməsi halları ilə yanaşı, xəstələrin digər xəstələri öldürməsi halları da artıb. 1987-ci ildə bir qadın xəstə başqa bir xəstə tərəfindən zorlanaraq öldürülüb.

Onilliklər boyu Bayberi ilə bağlı ölkə daxilində yayılan və qorxu salan xəbərlərə baxmayaraq, xəstəxana 1990-cı ilə qədər fəaliyyət göstərib.

Turan Oruc


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi