Kofe, siqaret, spirtli içki və antibiotik aludəçiləri necə qidalanmalıdır
Day.Az gent.az-a istinadən xəbər verir ki, vitamin terapiyası barədə bir çox bestsellerlərin müəllifi olan Endrü Saul ilə birgə sizə vitaminlərin bədəni tərk etməyə məcbur edən populyar insan zəifliklərinin siyahısını hazırladıq.
Kofe
Hətta həllolunan kofe antivitamin amilinə sahibdir və orqanizmdə B1 vitaminini məhv edir. Onu bərpa etmək üçün gündə bir neçə dənə qoz yeməlisən.
Siqaret çəkənlərdə isə nikotin səbəbindən C vitaminin orqanizm tərəfindən mənimsənilməsi 25-30% zəifləyir. Bu ədalətslizliklə polivitaminlərdən başqa askorbin turşusu yeməklə mübarizə aparmaq olar.
Daha effektiv variant - apelsin və ya limonla müqayisədə 5 dəfə çox C vitamininə sahib qırmızı bibər.
Spirtli içki
Mütəmadi spirtli içki qəbulu mövcud olan B6 vitamininin yarısından çoxunu bədəndən çıxardır. Çünki o qara ciyərin sabit fəaliyyət göstərməsi uğrunda "həlak olur".
Bu vitamini bərpa etmək üçün isə kartof və pomidor yemək lazımdır.
Antibiotiklər
Sağlam orqanizm vitaminlərin bir hissəsini sintez edir (K vitaminini isə tamamilə). Bunun üçün bağırsaqlarında sağlam mikroflora olmalıdır.
Antibiotik qəbul etdikdə isə o pozulur. Mədə-bağırsaq yolunu əvvəlki vəziyyətə qaytarmaqda sənə kök (70-100 qram) kömək edəcək. Həmçinin bu meyvədə çoxlu vitamin A mövcuddur.