Bayden bu ölkələrə silah satışını dayandırdı
ABŞ prezidenti Co Baydenin administrasiyası Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanına silah satışını müvəqqəti olaraq dayandırıb.
Bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.
Məlumatda yeni hökumətin yüksək dəqiqlikli silahların, o cümlədən F-35 qırıcılarının ərəb ölkələrinə satışı barədə qərarı yenidən gözdən keçirəcəyi bildirilir.